HBO-nun yeni serialı 4 noyabrda ekranlara gələcək - VİDEO

HBO-nun yeni serialı 4 noyabrda ekranlara gələcək - VİDEO

''Game of Thrones''-un yaratdığı boşluğu doldurmaq istəyən HBO, oxşar serialları ekranlara gətirməyə hazırlaşır. Fenomen seriyasını əvəz etməsi gözlənilən ''His Dark Material'' seriyası noyabr ayının əvvəlində ekranlara çıxacaq.

Milli.Az chip.az-a istinadən bildirir ki, ''Game of Thrones'' böyük bir müvəffəqiyyət qazanaraq insanları televiziyada kilidlədi. Müxtəlif yayım platformaları da ''Game of Thrones'' tamaşaçılarını öz ekranlarına çəkməyə başladılar. Netflix isə ''The Witcherə''-ə hazırlaşır.

''His Dark Materials'' Philip Pullmanın kitablarından ibarət seriyadır. Serialın əvvəlki ekranlaşdırma işi olan ''Qızıl Kompas'' illər əvvəl ekranlara gəlmişdi.

HBO-nun yeni serialı da çox maraqlı aktyorlarla diqqət çəkir. Kit Connor, Dafne Keen, Ruth Wilson, James McAvoy, Ian Peck, David Suchet, Cristela Alonzo və Lin-Manuel Miranda serialda yer alır.

''His Dark Materials'' daha müasir bir dövrdə baş verir və fantastik varlıqlar baxımından daha zəngin olacaqdır. Hər mövsüm səkkiz epizoddan ibarət olacaq.

Milli.Az

Mənbə: news.milli.az