"Xəyanətə dözmədi, ürəyi partladı" - Bacısı azərbaycanlı müğənninin qucağında can verdi - VİDEO

"Xəyanətə dözmədi, ürəyi partladı" - Bacısı azərbaycanlı müğənninin qucağında can verdi - VİDEO

Müğənni Namiq Qasımov ötən il vəfat edən 36 yaşlı bacısının ölümündən danışıb. 

BAKU.WS xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramının qonağı olan ifaçı bacısının ölümünü belə xatırlayıb: 

"Səhər saat 7-8 radələri idi. Yuxuda anamın "Evimiz yıxıldı" qışqırtısınına ayıldım. Yataqdan qalxıb qaçdım. Gördüm ki, bacımın ayaqları qatlanıb, yerdə uzanıb, anam da onu ayıltmağa çalışır. Anamı itələyib ürəyini masaj etdim, ağzımla nəfəs verdim. Köpük gəldi. Ayaqyalın qucağıma götürüb 4-cü mərtəbədən aşağı qaçırtdım. Maşına uzatdım, yaxınlıqdakı poliklinikaya sürdüm. Heç kim yox idi, təcili yardım da bir az gec gəldi. Baxıb dedilər ki, keçindi. Hələ də özümə gələ bilmirəm. Bacımın ölümündən sonra psixiloji problemlər yaşadım. Ölüm hamımız üçün var, amma cavan getməyinə yanıram".

N.Qasımov bacısının vaxtsız ölümünü şəxsi həyatındakı problemlə əlaqələndirib:

"Sağlamlığında heç bir problem yox idi. Öləndən sonra bilmişəm ki, əri bacımın rəfiqəsilə ona xəyanət edirmiş. Həkim dedi ki, bacının ürəyində salamat damar qalmamışdı. Bacım ərinin xəyanətini qəbul edə bilmədi, fikirdən ürəyi partladı".

Zülfiyyə Qurbanova
BAKU.WS

Mənbə: baku.ws