Xatirə İslam Vasif Məhərrəmlidən 30 min manat borc istədi - VİDEO

Xatirə İslam Vasif Məhərrəmlidən 30 min manat borc istədi - VİDEO

Müğənni Xatirə İslam dostluq etdiyi həmkarı Vasif Məhərrəmlidən 30 min manat borc istəyib.
BAKU.WS xəbər verir ki, "5-də 5" verilişinin qonağı olan müğənni bunu aparıcı Zaur Kamalın istəyilə edib.
Aparıcı bunu Vasifin dostluqda möhkəmliyini yoxlamaq üçün etdiyini deyib.
Xatirə canlı efirdə Vasifə zəng vurub ondan borc istəyib: 
"Vasif, bu gün mənə 30 min manat lazımdır. Bir həftəyə qaytaracam, verə bilərsən?"
Vasif Xatirəyə yox cavabı verib: "Allah haqqı, vicdan haqqı yoxumdur".
Dostundan aldığı bu cavabdan pərt olan Xatirə ona belə deyir: "Utanmırsan, sənin 30 minin yoxdu?"

Aysel
BAKU.WS

Mənbə: baku.ws