Lerikin qədim ziyarətgahları – Minillik abidələrin sirli tarixi nəyi gizlədir?

Lerikin qədim ziyarətgahları – Minillik abidələrin sirli tarixi nəyi gizlədir?

Lerik rayonu ərazisi demək olar ki,başdan-başa abidələr boxçasıdır...

Cənub bölgəsinin demək olar ki elə rayonu yoxdur ki,ora qədim mədəniyyət abidələri ilə zəngin olmasın. Belə rayonlardan biri də Lerik rayonudur.

Lerik rayonu ərazisi demək olar ki,başdan-başa abidələr boxçasıdır. Belə ki, Lerik ərazisində çoxlu sayda arxeoloji və memarlıq abidələri var və onların içərisində ziyarətgahlar xüsusi yer tutur:

Məsim ocağı(Halabin kəndi).Məsim ocağı yerli əhəmiyyətlidir və Lerik rayonunun Halabın kəndi ərazisində yerləşir. Deyilənlərə görə Sovet dövründə bütün kəndlərin ələmləri aşura günü Məsim ocağına yığışırdılar. Elə bu səbədən bu ocağın sakini XVII əsrdən mövcuddur. Deyilənlərə görə Məsum ağır seyid olmuş və yenidən irana dönmüş və təxminən Fəxrəbadın kəndlərindən birində dəfn olunub.

Mir Siyab ocağı(Rəzgöv kəndi). Mir Siyab ağa türbəsi yerli əhəmiyyətlidir və Lerik rayonunun Rəzgöv kəndi ərazisində yerləşir. Bundan əlavə Jak de Morqan Bəhri Siyab türbəsi haqda məlumat vermişdir. “Bəhri Siyab” türbəsi Rəzgöv kəndinin ərazisində yerləşir.Türbə Bəhri Siyab adında bir din xadiminin adı ilə bağlıdır. Bəhri Siyab türbəsinin ərazisində orta əsrlərə aid qəbiristanlıq da vardır.Bu qəbiristanlıqda 2 daş qoç heykəl yerləşir. Bu daş qoç heykəllərə əsasən Bəhri Siyab türbəsinin XVI-XVII əsrlərə aid etmək olar.

Mənbə: pia.az