“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR

“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR

26 yaşlı instaqramda məşhur olan model Jodie Veston həqiqi sevgisini virtual aləmdə axtararkən başına gələnləri mediaya açıqlayıb.

Moderator.az xəbər verir ki, bu qədər şöhrət qazanmasına baxmayaraq modelin həqiqi sevgisini tapmaması onu məyus edib. Buna görə də o, sosial şəbəkəyə üz tutub. Burda isə başına ilginc hadisələr gəlib.

J.Veston qarşı tərəfdən ilginc təkliflər aldığını bildirib:

“Biriylə tanış olduqdan sonra görüşə getdim. İlk görüşdən o, mənə təcavüz etməyə çalışdı, amma buna imkan vermədim. Bir sözlə çox qorxulu anlar yaşadım. Daha sonra başqa biriylə tanış olduq. O, məni kinoya baxmağa dəvət etdi. Biz orda olanda onun evli olduğu üzə çıxdı, çünki həyat yoldaşı arxamızca gəlmişdi. Başqa birisiylə isə münasibətlərimizə son qoymaq istədiyimi dedim. Ondan sonra hər gün itlə gəlib qapımda dayanırdı. Buna görə bir müddət ailəmlə yaşamağa məcbur oldum. Yaşadıqlarıma görə özümə söz vermişəm ki, bir daha internetdə heç kimlə tanış olmayacam və görüşə gedərkən də doğru seçim edəcəm”.

Moderator.az cazibədar modelin fotolarını təqdim edir.

Vasif Əlihüseyn

Mənbə: moderator.az