BÖYÜK AZƏRBAYCANLI HAQQINDA KİÇİK BİR XATİRƏ

BÖYÜK AZƏRBAYCANLI HAQQINDA KİÇİK BİR XATİRƏ

Günlərin bir günü Üzeyir bəyə deyirlər ki, Ağdamda Məhəmməd Ağa Müşdehidzadəni incidirlər. Məhəmməd Ağa Türk Sultanına minnətə gedən Azərbaycan ziyalılarından biri olmuşdu. Onu Türkiyə şpionu kimi damğalamaq istəyirdillər.
Üzeyir bəy dərhal Ağdama gəlir və bir neçə gün Məhəmməd Ağa ilə birlikdə hərlənir. Dolayısı ilə hakimiyyətə mesaj verir ki, Məhəmməd Ağa təmiz adamdı, işiniz olmasın.
Həmin günlərdə Məscid ətrafındakı çayxanalardan birində Üzeyir bəy Məhəmməd Ağa ilə çay işirmiş. Qəflətən Üzeyir bəy ayağa qalxır və əllərini yanına salıb sanki sayğı duruşunda dayanır. Təxminən bir-iki dəqiqədən sonra oturur. Oturanda Məhəmməd Ağa soruşur ki, Üzeyir bəy, nə məsələdi?
Üzeyir bəy təmkinlə nəfəs dərib bildirir:
“Bayaq bir uşaq əlində Banu Bəyimin (Xurşud Banu Nətavan – A.Q.) portretini aparırdı. Bilirsən ki, məni Qoriyə oxumağa o göndərib. Onu hər zaman sayğı ilə anıram. Portretini gördüm. Hüzurunda otura bilməzdim”
Onu da əlavə edim ki, Üzeyir bəyin Ağdam səfərindən sonra NKVD Məhəmməd Ağadan əl çəkir.

P.S. Qeyd edim ki, bu xatirəni mənə Ağdamın başqa bir ziyalı kişisi Mahrızlı İsa kişi danışmışdı.
Hər üçünün ruhu şad olsun!

Mənbə: azpress.az