“Ədəbiyyat qəzeti” yayınları seriyasından növbəti kitab çap edilib

“Ədəbiyyat qəzeti” yayınları seriyasından növbəti kitab çap edilib

Bu günlərdə kinotənqidçi Sevda Sultanovanın “Elm və Təhsil” nəşriyyatında “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabı çap olunub.

Atv.az AZƏRTAc-a istinadla xəbər verir ki, müəllifin 270 səhifəlik kitabı “Ədəbiyyat qəzeti” yayınları seriyasından işıq üzü görüb.

Kitabda müəllifin ekranlaşdırılan məşhur əsərlərin film versiyası üzərində müqayisəli, analitik, nəzəri rakursdan təhlili yer alıb.

Kitabın ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, redaktoru filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimovadır.

Atv.az

Mənbə: www.atv.az