Bahalı telefonu ilə qoz qırdı, tənqid edildi

Bahalı telefonu ilə qoz qırdı, tənqid edildi

Türkiyəli aktrisa Doğa Rutkayın sosial mediada yayılan videsu narazılığa səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəfiqələri ilə birlikdə əylənən aktrisa son model iPhone telefonu ilə qoz qırıb. Onun 3500 manatlıq telefonu ilə qoz qırdığı videosu sosial şəbəkədə yayımlanıb. Onun bu hərəkəti isə izləyicilərin narazılığına səbəb olub. Videoya "Məşhurlar pulun çoxluğundan başlarını itirirlər" deyə, rəylər yazılıb.

 

Mənbə: axsam.az