Rəqsanədən Aysuna dəstək: "Səni çox əziyyətlə böyütmüşəm"

Rəqsanədən Aysuna dəstək: "Səni çox əziyyətlə böyütmüşəm"

Müğənni Rəqsanə İsmayılova qızı Aysuna dəstək çıxıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, dünən "Maşın Şou"dan uzaqlaşdırılan qızı Aysun haqqında "İnstagram" səhifəsində paylaşım edib.

"Allah yanımızda olar. Mən səni çox əziyyətlə böyütmüşəm. Ən çox sən mənim ən çətin anlarımda, həm dostum, həm də dərd ortağım olmusan. Məni Allah heç vaxt tək qoymayıb və səni böyütmüşəm. İnşallah, sən də istəyinə nail olarsan", - müğənni qeyd edib.

Qeyd edək ki, şouda Aysun 44,86 faiz səs topladığı üçün Murad Dadaşov İsmayılovanı evə yola salıb.

Milli.Az

Mənbə: news.milli.az