"Ondan bunu gözləmirdim..."

Hər kəsə məlumdur ki, müğənni Ramal İsrafilov həmkarı Niyam Salami ilə illərlə düşməndir. Lakin bir neçə gün öncə "Maşın" şouda soyuq münasibətə son qoyulub.
Hazırda hər iki tərəfin əlaqələri necədir sualına isə ifaçılar News24.az-da cavablandırıblar. Niyam Salami bildirdi ki, dostluq əlini ilk uzadan Ramal İsrafilov olub:
"Bura düşmənçilik yarışı olsaydı onda elə ilk gündən Ramalı çıxarardım. Burada hər kəsin fərqli xarakteri var və onu da dəyişmək qeyri-mümkündür. Ramal böyüklük göstərərək ilk mənə yaxınlaşıb, salamlaşdı. Ondan bunu gözləmirdim. Aramızda nakişi söhbəti olmayıb ki, barışmayaq".

Ramal isə açıqlamasında söyləyib ki, Niyam olduqca pozitiv insandır, ancaq bəzi məqamlarda danışığına fikir verməlidir.

Sevda Bayramova

News24.az

ƏVVƏLKİ XƏBƏR

“Parlamentdə bəzi deputatların əməllərinə baxanda adamın o mandata heyfi gəlir” - MÜSAHİBƏ

SONRAKI XƏBƏR

Dünyanın ən güclü orduları: Türkiyə ilk onluqda hansı ölkələri geridə qoyur