Allanın konserti kinoteatrlarda nümayiş olunacaq

Müğənni 2009-cu ildə səhnəni tərk etdiyini elan etsə də, konsert bu il 17 aprel tarixində Kreml sarayında baş tutub

BAKI, 9 oktyabr — Sputnik. SSRİ Xalq artisti Alla Puqaçovanın yubiley konserti kinoteatrlarda nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda müğənni "Instagram" hesabında paylaşıb.

"Yubiley konsertimdə iştirak etmək imkanı olmayan insanlar oktyabrın sonunda kinoteatrlarda baxmaq fürsəti əldə edəcəklər".

Puqaçova konsertin konkret harada göstəriləcəyini söyləməsə də, afişaları izləməyi məsləhət görüb.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın seçkilərə müdaxiləsi iğtişaşlar vəd edir

SONRAKI XƏBƏR

“Maşın”da olan Zümrüd: “Ən çox həyat yoldaşım üçün darıxmışam”