Rusiya telekanalı Həzi Aslanov haqqında sənədli film çəkdi – Əfsanəvi generalın müəmmalı ölümünü araşdırdı ( FİLM)

Rusiya telekanalı Həzi Aslanov haqqında sənədli film çəkdi – Əfsanəvi generalın müəmmalı ölümünü araşdırdı ( FİLM)

Rusiyanın “Zvezda” telekanalı Azərbaycan xalqının qəhrəman oğlu, əfsanəvi general, İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında sənədli film çəkib.

Azpost.info bildirir ki, “Ordunun əfsanəvi şəxsiyyətləri: Həzi Aslanov” adlı filmin dünən premyerası olub. Filmdə qəhrəmanın keçdiyi döyüş yoluna nəzər salınıb, nadir kadrlardan istifadə olunub.

Ekran işində Böyük Vətən Müharibəsi dövründə keçirilmiş müxtəlif hərbi əməliyyatlarda general Həzi Aslanovun iştirakı və döyüşün taleyini həll edən qərarları açıqlanıb.

Qeyd olunub ki, Həzi Aslanov qəhrəmanlığına görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunsa da bu adı sağ ikən almaq ona nəsib olmayıb. Yüksək ad ona 47 il sonra -1991-ci ildə təqdim olunub. Filmdə həmçinin vurğulanır ki, ən gənc sovet generalının ölümündə bu günə qədər çoxlu “ağ ləkələr” qalmaqdadır.

Sənədli ekran işində hərbi tarixçilər, yazıçılar, qəhrəmanın nəvəsi, onun adını daşıyan Həzi Aslanov danışıb.

Mənbə: teref.az