“CinemaPlus”da “Annem” filminin nümayişinə başlanılıb - VİDEO

Oktyabrın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Annem” filminin nümayişinə başlanılıb.

Türkiyə istehsalı olan “Annem” dramının rejissoru Mustafa Kotandır. Baş rollarda Özge Gürel, Sumru Yavrucuk, Fatma Toptaş və Sercan Badur çəkiliblər. 120 dəqiqəlik filmdə yaş həddi “14+”dür.

Film haqqında qısa məlumat: Nazlı anasından utanan və ondan tezliklə qurtulmaq istəyən gənc qızdır. Nazlının anası isə qızı üçün hər şeyi edə bilən fədakar qadındır. Universitetə qəbul olandan sonra doğulub böyüdüyü kənddən, qurtulmaq istədiyi anasından ayrılan Nazlı bir neçə il sonra onun yanına qayıtmağa qərar verir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qəddarcasına döyülərək öldürülən 18 yaşlı Aygün haqqında YENİ FAKTLAR - VİDEO

SONRAKI XƏBƏR

Bakıda ağır qəza: yenə süpürgəçi vuruldu - VIDEO