“Ona verdiyim səsləri halal etmirəm” - Rəqsanə

“Ona verdiyim səsləri halal etmirəm” - Rəqsanə

Müğənni Rəqsanə İsmayılova qızı Aysunun “Maşın”dan getməsinə münasibət bildirib. “Qafqazifo” xəbər verir ki, o, instaqramda canlı yayıma qoşularaq qızına 4-5 min manatlıq səs göndərdiyini qeyd edib:

“Hamı yazır ki, Rəqsanə Aysunun qalmağı üçün SMS göndərməyib. Əzizlərim, Aysuna çox gözəl səs göndərilib. Əvvəla deyim ki, Məcid kimdir? (aktyor Məcid Hüseynov). Birinci Aysun Məcidin getməsi üçün səs istədi. Allah şahidim olsun ki, 1500 manatadək SMS göndərdim ki, o, getsin! Reklamarası Aysun MGP işçiləri ilə mənə söz göndərdi ki, Məcidə qalsına səs verək. Aysun strategiyanı düzgün seçmədi. Məcid kimdir ki, ona səs göndərim? Ona verdiyim səsləri halal etmirəm.

Oyun düzgün aparılmalı idi. Aysunun o gün qalmağı üçün isə 197 min rubl, yəni 4-5 min manatlıq səs göndərmişəm. O pulların qəbzlərini səhifəmdə paylaşsam şoka düşərsiz. Yazarsız ki, qoyduğum pula iki maşın almaq olar”.

 

Mənbə: qafqazinfo.az