“Hər gün qadın soyqırımı baş verir” - Tünzalə Leyladan yazdı

Əməkdar artist Tünzalə Ağayeva bir neçə gün bundan əvvəl əri tərəfindən 20 bıçaq zərbəsi ilə öldürülən Leyla Abdullayevadan yazıb. “Qafqazinfo” xəbər verir ki, bəstəkar-müğənni instaqramda #leylaucunsusma həştəqi ilə post paylaşaraq qadınlara qarşı şiddəti qınayıb:

“Biz Xocalı Soyqırımı dərdini daşıyarkən, az deyil bizə?! Hər gün qadın, ana soyqırımı baş verməkdədir. Belə “kişi”lərin gücü erməni işğalçısına yox, qadına çatır. Dünyaya gələn qızların günahı nədir? 21- ci əsrdir, hələ də ailələlərdəki “qız nədir, oxumaq nədir, işləmək nədir?” kimi stereotiplər cəmiyyəti məhv etməkdədir. Bu gün baxın, çox sayda qadın -qızlarımız öz hüquqları haqqda ya tamamilə məlumatsızdılar, ya da ata, ailə və cəmiyyətin qınağından qorxurlar. Yaşadıqları sadəcə budur!!!

Hələ də həyatı, sağlamlığı, övladı təhlükə altında olan qadınlarımız var!! Demək ki, sosial layihələr, proqramlar, TV -media, sosial media daha çox maarifləndirməlidir bizi!!!

Dəyərli ziyalılar, maarifli insanlar, sənət insanları, media nümayəndələri, dostlar, gələcəyini düşünənlər, susmayaq ! İzin verməyək növbəti faciəyə, cəhalətə”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

6 ay əvvəl azadlığa çıxan qadından dəhşətli əməl - FOTO

SONRAKI XƏBƏR

Komitə sədri: “Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”