Azərbaycan mənzərələri -FOTO

9 oktyabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatının və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı foto sərgisi və Art Tower qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı olub.

Sərgidə nümayış olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar Azərbaycanı yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağını artırmaq və fotoqrafiyanın əsaslarını öyrənərək peşəkar fotoqrafların hazırlamasına yönəldilib.

 

 

Azpress.az

ƏVVƏLKİ XƏBƏR

"Dram deyil, ehtirasdır”

SONRAKI XƏBƏR

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda - MÜSAHİBƏ