Bakıda konsertə biletlər 700 manata... – Cem Yılmazdan açıqlama

Bakıda konsertə biletlər 700 manata... – Cem Yılmazdan açıqlama

Türkiyənin məşhur komediya ustası, aktyor və şoumen Cem Yılmaz Bakıda "Diamond Elite Platinum Plus" standup şousu ilə çıxış edəcək.

Olaylar.az xəbər verir ki, konsert proqramı 16-17 noyabr tarixlərində Bakı Konqres mərkəzində baş tutacaq.

Konsertə biletin ən aşağı qiyməti 70, ən bahalısı isə 700 manatdır. Sosial şəbəkələrdə biletin qiymətinin bahalığı narazılıqla qarşılanıb. ''Biletə 500 manat verib gülməkdənsə, 500 manata baxıb gülərəm'', ''Cem Yılmaz Bakıdakı konsertində satdığı biletlərlə film çəkə bilər'' kimi şərhlər yazılıb.

Cem Yılmaz yaxın günlərdə öz şəxsi hesabında konsertlərinə satılan biletin bahalığına münasibət bildirmişdi. Həmin açıqlamanı təqdim edirik: ''1500 lirəlik güldürmürəmsə, bileti almayın. Standup üçün bilet istəyən yaxına-dosta bir sözüm var: Bu mənim nişanım, xınayaxdım deyil. Sizi dəvət edə bilmərəm. Bu işdi. Mən sizin iş yerinizə gəlirəmmi? Allah, Allah...''

O, həmçinin qara bazarda satılan saxta biletlər məsələsinə də toxunub: "Sevgili dostlar, saxta ehtimal olunan, illeqal biletlərə yüksək məbləğ ödəməyin. Səbəbsiz yerə qara bazarda biletlərə dünyanın pulunu verməyin... Bu mənim sizə şəxsi xəbərdarlığımdır. Bu tip qara bazar işlərini izləməyə və onlara əngəl olmağa tək başına gücümüz yetmir! Mən 1500 lirəlik güldürmürəm. Bunu məndən eşidin. Belə bahalı qiymətə biletlər görsəniz, bilin ki, sizi aldadırlar ''.

Mənbə: olaylar.az