Jurnalistin oğlu canlı yayım zamanı studiyaya daxil olaraq efiri pozdu - VİDEO

NBC telekanalının müxbiri Kortni Kyub canlı yayımda Suriyadakı vəziyyətdən danışarkən balaca oğlu gözlənilmədən studiyaya gələrək efirə mane olub.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, həmin fraqmenti kanan öz "Twitter" səhifəsində yerləşdirib.

Onu qucaqlamağa gələn oğlunu görüncə jurnalist "Bağışlayın, uşaqlarım burdadır" deyərək üzrxahlıq edib.

Oxşar hadisə 2017-ci ildə "BBC" telekanalının qonağının başına gəlib. Həmin zaman Cənubi Koreya üzrə ekspert Robert Kelli telekanala müsahibə verərkən uşaqları otağına daxil olaraq səs salmağa başlayıblar.

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Avstriyada hava limanında partlayış: Yaralılar var

SONRAKI XƏBƏR

"SAP CIS” şirkətinin rəsmisi:"SOCAR Azərbaycanın iqtisadiyyatın rəqəmsallaşdırılmasına dair dövlət siyasətini dəstəkləyir"