Elm zirvəsini fəth edən ziyalı - VİDEO

Elm zirvəsini fəth edən ziyalı - VİDEO

Mühazirələrini maraqla dinlədiyimiz, auditoriyaya gəlişini səbirsizliklə gözlədiyimiz müəllimlərimizdən biri olan Nəsir İmanquliyev həm də səmimiliyinə, sadıliyinə görə çox sevirdik.

Onujn sadəliyi, səmimiliyi ailəsində böyüyən yeganə övladı Aida İmanquliyevadan da yan ötməmişdi. Azərbvaycan jurnalistikasının patriarxlarından biri Nəsir İmanquliyevin, Gövhər sultanzadənin ailəsində böyüyən, sonradan alim, yazıçı Mircəlal Paşayevin ailəsinə gəlin köçən, tək azərbaycan deyil, dünya şərqşünaslığı tarixində xüsusi yeri olan Çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, yeni yol açmış alim Aida İmanquliyevanın anadan olmasının 80-ci ili tamam olur bu gün.

Qısa, lakin dolğun, mənalı, şərəfli ömür yolu keçdi. Fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü ilə elm zivəsini fəth etdi. Zəhməti, zəkası, qabiliyyəti sayəsində pillə-pillə irəlilədi. Azərbaycan tarixinə ilk qadın ərəbşünas alim adı ilə düşdü. Elmi-fəlsəfi düşüncələri, hadisələrə orijinal baxışı, onlara yeni məzmun və xarakter verməsi, elmi tələbkarlığı və bir o qədər də qayğıkeşliyi onun ziyalı portretinin cizgiləridir. Elmi və pedaqoji fəaliyyəti, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı, sadəliyi ilə nümunə olan Aida İmanquliyeva həm də əsl azərbaycanlı qadın kimi ailəsinə bağlı olub.

"Mənim anam ağlasığmaz dərəcədə gözəl qadın olub. O, istənilən yerə daxil olan zaman hamı qeyri - ixtiyarı dönüb ona baxardı. O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Anam Azərbaycanda ilk qadın - professor, şərqşünaslıq üzrə elmlər namizəd idi. Görünür, o, məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb".

Bu fikirlər isə qızı ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın anası haqda xatirələridir.

Əgər Uca Tanrı keçmişdə nəyisə dəyişdirməyə imkan versəydi mənə ən əziz insan olan anamın bu dünyadan gedişini dəyişərdim.

Mənbə: www.realtv.az