Türkiyənin hərbi əməliyyatlarından danışırdı: Uşağı canlı verilişə daxil olub

Türkiyənin hərbi əməliyyatlarından danışırdı: Uşağı canlı verilişə daxil olub

Amerikanın MSNBC televiziya kanalının aparıcısı Kube heç gözləmədiyi bir sürpriz yaşayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, amerikalı xəbər aparıcısı Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini məhv etmək, bölgəyə barış və dinclik gətirmək məqsədiylə başladılan “Sülh çeşməsi” hərbi əməliyyatlarını canlı təqdim edərkən uşağının studiyaya girməsiylə çətin anlar yaşayıb.

ABŞ mətbuatında yer alan xəbərə görə, MSNBC spikeri Courtney Kube, xəbər bülletenində “Sülh çeşməsi” hərbi əməliyyatlarını təqdim edərkən 4 yaşlı oğulu studiyaya girib və canlı verilişdə Kubenin lap yaxınlığına gəlib.

Çətin anlar yaşayan spiker Kube gülümsəyərək "Üzr istəyirəm, uşaqlarım burdadır" deyib. Uşaq efirə girdiyi an ekranda bölgənin xəritəsi göstərilməyə başlayıb.

Kube açıqlamasında 4 yaşlı əkiz uşaqlarını işə gətirmək məcburiyyətində qaldığını ifadə edib.

Turan

Mənbə: sherg.az