Azərbaycanlı jurnalist kürd şairin antitürk fikrinə dəstək verdi - FOTO

Azərbaycanlı jurnalist kürd şairin antitürk fikrinə dəstək verdi - FOTO

Azərbaycanlı jurnalist Nurlanə Cəlilin (Nurlana Jalil) kürd şairin paylaşımına yazdığı rəy qalmaqal yaradıb.

Moderator.Az xəbər verir ki, kürd şair İbrahim Halil Baran "Twitter" hesabında Türkiyəyə dəstək olan ölkələrin adlarını qeyd edib. O, bildirib ki, bu ölkələr Qətər, Pakistan.Azərbaycandır. Baran izləyicilərini bu ölkələrin adını unutmamağa çağırıb.

Azərbaycanlı jurnalist Nurlanə Cəlil isə İ.H.Baranın paylaşımına şərh yazaraq Azərbaycanda hər kəsin Türkiyəni dəstəkləmədiyini bildirib:

"Dəstəkləməyən, kürd xalqının azadlıq mücadiləsini sonuna qədər haqlı görən və onları dəstəkləyən bizim kimi vətəndaşlar da var".

Qeyd edək ki, bu şərh Azərbaycanlı istifadəçilər tərəfindən birmnalı qarşılanmayıb. Şərh digər sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.

 

Mənbə: moderator.az