Dünya şöhrətli müğənni Məhmətciyə dəstək oldu - FOTO

Dünya şöhrətli müğənni Məhmətciyə dəstək oldu  - FOTO

Məşhur müsəlman müğənni, hazırda Türkiyədə yaşayan Della Miles “Barış Pınarı” əməliyyatında döyüşən Məhmətciyə dəstək olmaq üçün Suriyayla sərhəd bölgəsi olan Şanlıurfanın Akçakalə rayonuna gəlib.

Moderator.az xəbər verir ki, müğənni bölgədə sakinlərlə görüşərək tez bir zamanda müharibənin başa çatmasını arzuladığını bildirib:

“Hər kəs bu bölgəyə gəlib Türkiyə dövlətinə dəstək olmalıdır. Mən cəbhə bölgəsində qardaşım kimi gördüyüm türk əsgərlərin bir an öncə döyüşü başa vuraraq ailələrinə qovuşmalarını arzulayıram”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az