Timati ikinci dəfə ata oldu

Timati ikinci dəfə ata oldu

Məşhur rusiyalı repçi Timati ikinci dəfə ata olub. Sonxeber.az-ın məlumatına əsasən, model Anastasiya Reşetova Timatinin oğlunu dünyaya gətirib. Bu barədə repçi İnstaqramda məlumat verib. O, oğlunun ilk fotosunu paylaşaraq "Yunusov Ratmir Timuroviç/ 16.10.2019, Moskva şəhəri" sözlərini yazıb.
Reşetova uzun müddət hamilə olduğunu boynuna almayıb. Amma iyun ayında bunu təsdiqləyib.
Qeyd edək ki, Timatinin Alyona Şişkova adlı modeldən də Alisa adlı qızı var.

 

 

 

Mənbə: sonxeber.az