Misirdə son illərin ən böyük kəşfi - FOTO

Misirdə son illərin ən böyük kəşfi - FOTO

Misirin Luksor şəhəri yaxınlığında 20-dən çox antik, taxtadan düzəldiən tabut tapılıb.

BiG.AZ-ın məlumatına əsasən, Misir rəsmiləri bu kəşfi “son illərin ən böyük və önəmli kəşflərindən biri” adlandırıb.

Tabutlar Nil çayının qərbində, Theban nekropolunda kəşf edilib. Taxtadan hazırlanan tabutların üzərindəki rəngli işləmələr tam xarab olmayıb. Bir-birləri ilə qarşılıqlı şəkildə yerləşdirilən tabutlar iki təbəqə halında tapılıb.

Qeyd edilir ki, tabutlar Qədim Misirin eramızdan əvvəl 664-332-ci illər arasındakı dövrünə aiddir.

Mənbə: big.az