Məşhur müğənninin övladları miras üstündə dalaşdılar - Onun məzarı açılacaq

Məşhur müğənninin övladları miras üstündə dalaşdılar - Onun məzarı açılacaq

29 apreldə dünyasını dəyişən Türkiyəli müğənni Dilbər Ayın oğlu və qızı miras üstündə qalmaqal yaradıblar.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, sənətçinin qızı DNT analizi üçün anasının məzarını açdıracağını deyib.

Dilbər Ayın qızı Filiz anasının nüfuzunda olmadığını, lakin mirasdan pay almaq istədiyini bildirib.

O,iddia edir ki, müğənninin həyat yoldaşı İbrahim Karakaş onu mirasın çox hissəsindən məhrum edərək qardaşına verib.

Buna görə də Filiz anasının məzarını açdıracağını deyib.

Dilbər Ayın oğlu və həyat yoldaşı isə açıqlama verərək, iddianı rədd edib.

Milli.Az

Mənbə: news.milli.az