Məşhur ulduza sevgilisindən 4 milyon dollarlıq hədiyyə - FOTO

Məşhur ulduza sevgilisindən 4 milyon dollarlıq hədiyyə - FOTO

Məşhur repçi Kardi B-nin ad günü münasibətilə sevgilisi Offset əməlli-başlı xərcə düşüb.

BiG.AZ-ın məlumatına görə, Kardi-nin 27 yaşı tamam olub və Ofsset ad günündə ona 4 milyon dollarlıq üzük hədiyyə edib.

Cütlük hazırda Turks və Kaykoys adalarında yaxta ilə tətilə çıxıb. Offset yaxtada açılan yemək masasında bir boşqabın içinə 2 üzük qoyub və sevgilisinə təqdim edib. Kardi B üzüyü görəndə həyəcanını gizlədə bilməyib. Üzük 100 karatlıq almazdan ibarətdir. Ən böyük parçası isə ürək şəklində olub.

Məlum olub ki, Offset üzüyü 9 ay əvvəl sifariş edib.

Mənbə: big.az