Multikulturalizm və sülhün rəmzi - Mark Eliyahu Gəncəyə gəlir

Kamança əfsanəsi Mark Eliyahu may ayında baş tutan çox uğurlu konsertdən sonra yenidən Azərbaycana gəlir.

101.az-a daxil olan məlumata görə, dahi sənətkar Mark həyəcan dolu ilk Qafqaz turu çərçivəsində noyabrın 14-də Bakıda, noyabrın 15-də isə Gəncədə çıxış edəcək.

Mark təkcə musiqiçi deyil, həm də multikulturalizmin və sülhün rəmzidir. Mark öz maraqlı tarixi, incə musiqisi, məsum təbəssümü ilə coğrafi sərhədləri, dil baryerlərini və dini fərqləri aradan qaldıraraq nikbin bir mesaj çatdırır. O, musiqi notlarından düzəldilmiş universal sevgi dili ilə birbaşa xalqın qəlbinə xitab edə bilir.

Bu və bir çox digər səbəblərə görə biz Markı çox ənənəvi və eyni zamanda qeyri-ənənəvi üsulla: avtobus turu vasitəsilə xalqa yaxınlaşdırmaq qərarına gəldik! Gəncə, Tbilisi, Bakı və əsrarəngiz Qafqaz regionunun digər şəhərlərindən keçərək, şəhər və kəndlərdə yol boyunca dayanacaq, meydanlarda, küçələrdə, "Çay evi"ndə insanlarla görüşəcək.

Bu gözəl anı yaşamaq şansını qaçırmayın... Biletlərinizi elə indi alın!!!

101.az

101.az

ƏVVƏLKİ XƏBƏR

“Öpüşəndən öncə soğan-sarımsaq yeməyimiz...”

SONRAKI XƏBƏR

Sankt-Peterburqda "Nar bayramı" keçiriləcək