70 yaşlı Vaqif İbrahimoğlu

70 yaşlı Vaqif İbrahimoğlu

Bu gün Azərbaycanın görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi, YUĞ Teatrının banisi Vaqif İbrahimoğlunun yubileyidir.

Open.az xəbər verir ki, mərhum rejissorun 70 yaşı tamam olur.

Vaqif İbrahimoğlu 1949-cu ildə Mərdəkanda dünyaya gəlib. 1967-ci ildə ADMİİ dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1972-ci ildə İnstitutu bitirən Vaqif İbrahimoğlu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında çalışıb.

Sonralar Tədris Teatrında Bədii rəhbər və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor kimi çalışan Vaqif İbrahimoğlu 1989-cu ildə YUĞ Teatrını yaradır. YUĞ Teatrı 1992-ci ildə dövlət statusu alır.

1989-cu ildən ömrünün sonunadək YUĞ Teatrının Bədii rəhbəri olan Vaqif İbrahimoğlu 2011-ci il mayın 12-də dünyasını dəyişib.

Bu il Vaqif İbrahimoğlunun 70, YUĞ Teatrının isə 30 yaşı tamam olur.

Ruhu şad olsun!

Ülviyyə Həsənqızı

Mənbə: open.az