Məşhur türk serialı xaricdə rekorda imza atdı - FOTO

“Diriliş Ərtoğrul” serialının davamı kimi lentə alınan “Quruluş Osman” serialı rekorda imza ataraq, ilk fraqmentindən sonra adları hələlik açıqlanmayan beş ölkəyə satılıb.

Fraqmenti 20 milyondan çox izlənilən serial ingilis, ispan, rus, ərəb və bir çox başqa dillərə tərcümə olunub

Serial xaricdə “The Ottoman” adı ilə yayımlanacaq.

Qeyd edək ki, serialda baş rol ifaçısı Burak Özçivitdir. İlk fraqmentdə milli-mənəvi dəyərlər vurğulanıb.

Serial yaxın vaxtlarda Türkiyənin “ATV” telekanalında yayımlanacaq.

Sevinc Yasinqızı

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Rüşvət almaqda təqsirləndirilən DGK sabiq əməkdaşı ev dustaqlığına buraxılmayıb

SONRAKI XƏBƏR

Beyrutda etiraz aksiyaları başladı - WhatsApp-a görə