Mir Şahindən iddialara kəskin cavab: “Üzr istəmək niyyətimiz də yoxdur”

Tanınmış telejurnalist, Real TV -nin rəhbəri Mir Şahin "Feysbuk"da xüsusi açıqlama ilə çıxış edib və rəhbərlik etdiyi telekanalın ABŞ səfirliyindən üzr istəməsi barədə xəbərlərə münasibət bildirib.

Bizimyol.info həmin açıqlamanı təqdim edir:

"Real TV ABŞ səfirliyindən üzr istəməyib, üzr istəmək niyyəti də yoxdur, kanal yalnız həmin səfirliyin təkzib məktubunu efirə verib və ümumiyyətlə diplomatlarla bağlı məsələnin Prezidentin köməkçisi Əli Həsənovla heç bir bağlılığı yoxdur. Cəfəngiyyatdır. Yəni Aslan İsmaylovun qarabasmaları CƏFƏNGİYYATDIR!"

Gultəkin Hacıbəyli 

Xatırladaq ki, Real TV Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin ABŞ-ın Bakıdakı səfirliyinin əməkdaşı ilə telefon söhbətini yayıb və xarici diplomatları Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib.

ABŞ bayrağı

Daha sonra ABŞ diplomatlarının telefon danışıqlarının Bakıda gizli şəkildə izlənməsi məsələsi gündəmə gəlib. ABŞ səfirliyi açıqlama yayaraq ittihamları rədd edib.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Bakıda gənc bıçaqlanıb

SONRAKI XƏBƏR

Bakıda Lökbatan qəsəbə sakini üç nəfər tərəfindən döyülüb