Fransa kanalında Azərbaycan mahnıları oxunacaq

Fransa kanalında Azərbaycan mahnıları oxunacaq

Fransanın "Mezzo" klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları yenidən təqdim olunacaq.

Dekabr ayının 5-dək mütəmadi olaraq təkrarlanacaq konsertin növbəti yayımı Bakı vaxtı ilə noyabrın 8-i saat 22: 10 -da ,9 noyabr tarixində isə 14:00-da nümayiş olunacaq.

Konsertlə bağlı telekanal öz efirində və sosial şəbəkə hesablarında anonslar təqdim edir.

Diqqətə çatdırmaq istərdik ki, Murad Hüseynov Fransanın məşhur "Mezzo" telekanalında çıxış edən ilk azərbaycanlı ifaçıdır. Xalq artisti dünya şöhrətli violin ifaçısı Vadim Repin ilə birlikdə dünya şöhrətli bəstəkar Qara Qarayevin sonatasını və fortepiano üçün yazılmış 24 prelüdünü səsləndirəcək. Əsərlər Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə bəstəkarın 100 illik yubileyi ərəfəsində lentə alınıb.

Milli.Az

Mənbə: news.milli.az