“Real həyat -real incəsənət” rəsm müsabiqəsinə qeydiyyatın başa çatmasına iki gün qalıb

“Real həyat -real incəsənət” rəsm müsabiqəsinə qeydiyyatın başa çatmasına iki gün qalıb

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan edilən növbəti müsabiqə - “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsinə qeydiyyat iki gündən sonra başa çatır. SİA-nın məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqə realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunur.

Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər ad və soyad, doğum tarixi, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” +994 51 310 74 01 nömrəsinə göndərməklə iştirak edə bilər.

Mənbə: sia.az