Məşhur serial yenidən çəkiləcək

Məşhur serial yenidən çəkiləcək

"Dostlar" serialının bitməsindən on beş il sonra pərəstişkarları sevimli aktyorlarını yenidən bir arada görmək ehtimalı ilə qarşılaşıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "HBO Max" bütün "Dostlar"ı özündə cəmləşdirən xüsusi bir epizod lentə almağı planlaşdırır.

Bir ay əvvəl ssenari müəllifi və serialın yaradıcısı Marta Kauffman söz vermişdi ki, serialın yenidən çəkmək məsələsi ola bilməz, çünki artıq serial yekunlaşıb və hər kəs nəticədən məmnundur.

Lakin "Dostlar"ın fanatlarının əlindən serialın çəkiləcəyi yalnız bir kiçik hissəsi almaq qəddarlıq olardı.
The Hollywood Reporter - in yaydığı məlumata görə, serialla bağlı danışıqlar hələ yekunlaşmayıb. Bütün mövzuları meqa-populyar şounun müəllifləri, aktyorlar və onların cədvəli müəyyən olunmalıdır.

Hər şey qaydasına düşsə, serial bitdikdən bəri ilk dəfə Cennifer Aniston, Kourtney Koks, Lisa Kudrou, Matt LeBlank, Metyu Perri və David Şvimmeri yenidən birlikdə bir arada görə biləcəyik.

Təbii ki, oktyabr ayında Anistonun bir müddət öncə açdığı yeni şəxsi "İnstagram" hesabında adı çəkilən həmkarları ilə birgə paylaşdığı selfidən başqa.

Mənbə: news.milli.az