“Sevil” tamaşasının primyerası olub

“Sevil” tamaşasının primyerası olub

Bu gün Şəki Dövlət Dram Teatrında “Sevil” tamaşasının primyerası olub. Tamaşa şair və dramaturq Cəfər Cabbarlının milli dramaturgiyamızın möhtəşəm əsərlərindən sayılan eyniadlı pyesi əsasında səhnələşdirilib. Şəki Dövlət Dram teatrının 140-cı mövsüm repertuarında bu əsərə yer verməsində əsas məqsəd bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Cəfər Cabbarlının anadan olmasının 120 ilinin tamam olmasıdır.

İki hissəli dram əsərinin quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir. Rollarda Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə çıxış edəcək. Əsərin əsas qəhrəmanı olan Sevili canlandıran gənc aktrisa Zümrüd Əliyeva isə bu rolla debüt edəcək.

Qeyd edək ki, bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur. Bu münasibətlə Şəki Dövlət Dram Teatrında silsilə tədbirlər il boyu davam edib. Yubiley tədbirinin isə yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulub.

Mənbə: moderator.az