Qəzənfər Paşayevin qızı: "Ana olduğumu 3-cü övladım dünyaya gələndə anladım" - VİDEOMÜSAHİBƏ

Qəzənfər Paşayevin qızı: "Ana olduğumu 3-cü övladım dünyaya gələndə anladım" - VİDEOMÜSAHİBƏ

AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağı tanınmış klinik-psixoloq, "Loqos" Psixologiya Mərkəzinin rəhbəri Təranə Məmmədovadır.

- Təranə xanım, özünüzü oxucularımıza necə təqdim edərdiz?

- Mən Təranə Məmmədova 1981-ci iləd Bakida ziyalı ailəsində anadan olmuşam. İxtisasca klinik psixoloqam. 3 övladım var. Qızım ailə qurub, oğlum isə xaricdə təhsil alır. Digər övladımın isə 12 yaşı var. Hazırda böyük bir komandanın – "Logos” Psixologiya Mərkəzinin rəhbəriyəm.

- Layihəmizin adı uğurlu qadındır. özünüzü uğurlu qadın hesab edirsiz?

- Mən deyərdim ki, bir işə başlamazdan əvvəl insanın mütləq motivasiyası olmalıdır. Motivasiya olduqdan sonra insan uğura can atır və uğur əldə edir.Özümə gəldikdə isə, əlbəttə özümü uğurlu qadın hesab edirəm.

- Müsahibənizdə demisiz ki, "Logos”un yaranışı yuxunuza girib və nurani bir xanım sizə bu yolu göstərib. İstərdim ki, bu haqda danşaq…

- Bəli, bu çox uzun illər əvvəl olub. O vaxt hələ atamın evində - Tovuzda idik. Bir xanım yuxuma gəldi və mənə insanlara yardım etməli olduğumu dedi. Təbii ki, həmin an uşaq idim və bu köməkliyin nədən ibarət olduğunu başa düşmürdüm. Bir müddət keçdikdən sonra həmin qadın eyni libasda yenə yuxuma girdi və mənə dedi ki, axı sənə demişdim ki, sən insanlara yardım etməlisən. Yuxu məni düşündürdü.

Daha sonra ailə qurdum və qismət belə gətirdi ki, nə mənim, nə də həyat yoldaşımın nitqində qüsur olmadı. Ancaq övladlarımın "R” hərfinin tələffüzündə qüsuru oldu. Daha sonra loqoped uşaqlarla məşğul olmağa başladı və mən də bu sahəni araşdırmağa başladım. Və gördüm ki, bu problem tək bizim uşaqlarda deyil, bir çox ailələrdə var. Bundan sonra uşaqlar üçün psixoloji mərkəz açmaq qərarına gəldim. Və "Loqos” mərkəzini açdım. Zaman keçdikdən sonra əhatəmizi genişləndirdik, yeniyetmələr və böyüklərlə də işləməyə başladıq.

 

- Dediniz ki, uğurlu qadınsız. Bu günə qədər uğur qazanmaq üçün nələrdən keçmisiz?

- Mən düşünürəm ki, uğurlu insan vaxtını düzgün tənzimləməyi bacarmalıdır. Uğur qazanmaq üçün uşaqlarıma, özümə qulluq üçün ayırdığım zamandan, rəfiqələrimlə keçirdiyim vaxtdan keçməli olmuşam. Bununla yanaşı ətrafımda olan insanlardan uzaqlaşmalı olmuşam. Buna səbəb isə artıq mənim bir iş qadını olmağım idi. İşimlə daha yaxşı maraqlanıram və hər bir problemin həllində şəxsən özüm iştirak edirəm.

 

- Professor Qəzənfər Paşayevin qızısız…

- Mən hər zaman demişəm ki, atamla fəxr edirəm. Qürurla deyirəm ki, mən professor qızıyam. Mən düşünürəm ki, atam fəxr ediləsi şəxsiyyətdir. Bu tək mənim üçün yox, bütün Azərbaycan üçün belədir. Atam hər zaman yaradıcılıq işləri ilə məşğul olub, hər zaman insanlara dəstək olub. İnsana bu həyatda yalnız onun təmiz və halal adı qalır. Mənim atam da belə şəxsdir.

 

- Sizcə sizə uğur qazandıran başlıca amil nədir: Qəzənfər müəllimin qızı olmaq yoxsa?

- Ola bilər ki, ilk addımlarımda Qəzənfər müəllimin qızı olaraq uğur qazanmışam. Ancaq zaman keçdikcə hər kəs bilir ki, insanın gözəlliyi, pulu, imkanı və adı heç bir işə kömək etmir. Mənə elə gəlir ki, zamanla insan özünü təsdiqləməlidir.

- Atanıza həsr etdiyiniz "Fotodastan” kitabında "uşaq vaxtı digər uşaqların atalarına həsəd aparırıdım yazmısınız. Bir az bu haqda danışın

- Atamın 80 illik yubileyində ona kitab ithaf etdim və orada atamla bağlı uşaqlıqdan bu yaşıma qədər olan xatirələrimi bölüşdüm. Atam uşaq vaxtı bizə yetərincə vaxt ayıra bilmirdi. Hansısa tədbir olardısa, atam birinci ora gedirdi. Bizim tədbirlərə isə qatılmırdı. Mən yaşa dolduqca anlayıram ki, atam fədakar insan idi. Atam ona ehtiyacı olan insanların yanında olub hər zaman. Atama qarşı içimdə bir başqa məhəbbət var ki, onu heç kim ala bilməz.

 

 

- 38 yaşınız var, kənardan çox gənc görünürsüz. Bunun səbəbi nədir?

- Gənc qalmağımla bağlı düzgün cavabı kənardan baxan deyə bilər, ancaq onu deyə bilərəm ki, özümə vaxt ayırıram və qulluq edirəm. Düzgün şəkildə qidalanıram. Orqanizmə zərərli olan qida və içkilərdən istifadə etmirəm. İdmanla məşğul olub, sağlam qidalanıram. Hər zaman qeyd etmişəm ki, insan üçün əsas şey sağlamlığıdır. İnsanın canı sağlam olmasa, o heç kimə gərək olmur. İnsan özünü idarə etdiyi zaman yanındakını da idarə edə bilər.

 

- Yoldaşınız da sizin kimi tanınmış ailənin övladıdır?

- Yoldaşım tanınmış insan deyil. Ancaq onun haqqında rahat deyə bilərəm ki, xasiyyəti yaxşı insandır. Ən əsası isə mərhəmətli insandır. Elə insanlar azdır dünyada deyə bilərəm. Bir şeyi də etiraf edim ki, həyatda ondan çox şey öyrənmişəm.

 

- Qadın üçün analıq ən ali hissdir. Bəs sizcə də bu belədir?

- Bəli, mən bu fikirlə tamamilə razıyam. Ancaq onu deyə bilərəm ki, qız və oğlan övladının valideyni olmaq tam fəqlidir. Hər birinin özünə görə məsuliyyəti var. Mənim üçün övladı böyütmək çərçivələri var. Bu çərçivəyə əsasən deyə bilərəm ki, qızın tərbiyəsi ailəyə uyğun, oğlanın tərbiyəsində isə mental dəyərlərə uyğun olmalıdır.Ancaq etiraf edim ki, ana olduğumu 3-cü övladım dünyaya gələndə anladım. Və artıq məsuliyyəti dərk etməyə başladım. Buna səbəb də artıq yaşımın artması idi.

 

- Son zamanlar boşanmaların sayı artıb. Sizcə buna səbəb nədir ?

- İlk öncə onu deyim ki, şiddətin yaranma səbəbinə baxmaq lazımdır. Ancaq hər şeydən əvvəl kişilərin niyə şiddət tətbiq etdiyini bilmək lazımdır. Etiraf edək ki, indi kişilər iş tapa bilmir və övladı ehtiyacı olduqda atadan yox, anadan pul istəyir. Bu hal kişilərdə sıxıntı yaradır. Bəlkə də bu da boşanmağa bir səbəbdir.

 

- Gənc qızlara nə məsləhət görərdiz?

- Həyatınızı elə yaşayın ki, heç vaxt peşmaçılıq çəkməyəsiniz. Hər zaman başı uca və insanlara gözəl baxmağı bacarın. Qadın daim öz üzərində işləməlidir, çünki qadın nə qədər özünə baxıb diqqət etsə, ona hörmət daha da çox olacaq.

Günel Hüseynli,
Video: Rüfət Hüseynov

AZXEBER.COM

Mənbə: azxeber.com