Evini 14 milyon dollara satışa çıxardı - FOTO

Evini 14 milyon dollara satışa çıxardı - FOTO

Hollivud aktrisası Cennifer Lourens evləndikdən öncə yaşadığı evi satışa çıxarıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ay Kuk Maroney ilə evlənən sənətçi Nyu-Yorkda yerləşən mənzilini 14,2 milyona satışa çıxarıb. Şəhər mənzərəli ev 3 yataq otağı və bir böyük salondan ibarətdir.
 
Qeyd edək ki, aktrisa mənzili 2016-cı ildə 15,6 milyon dollara almışdı.

Mənbə: axsam.az