Tanınmış aktrisa alış-verişi endirimlər zamanı etdiyini etiraf edib

Tanınmış aktrisa alış-verişi endirimlər zamanı etdiyini etiraf edib

Türkiyəli aktrisa Pelin Karahan hər kəsi təəccübləndirəcək maraqlı açıqlamalar verib.

Aktrisa alış-veriş etmək endirimlərin olmasını gözlədiyini bildirib. Əsasən də çanta və ayaqqabılarımı endirimlər zamanı alır:

“Pul elə də asan qazanılmır. Alış-veriş zamanı “qiyməti öldürmə” kimi yollara əl atmıram. Amma səbirsizliklə endirimlərin olmasını izləyirəm. Gənc olduğum zaman bazara belə gedirdim. Ancaq indi gedə bilmirəm. Hazırda bir necə mağazalardan alış-veriş edirəm”.

Aktrisa iş adamı Bedri Güntayla evlidir.

Qeyd edək ki, Aktrisa “Kavak yelləri” və “Muhteşem Yüzyıl” serialları ilə tanınıb. Pelin Karahan ərəb dünyasında da sevilən türk aktrisalardan biridir.

Sevinc Yasinqızı

Mənbə: www.oxu.az