“Müğənnilər çılpaq geyimiylə, onu saxlayanla...” – Əli Mirəliyev əsəbiləşdi

“Müğənnilər çılpaq geyimiylə, onu saxlayanla...” – Əli Mirəliyev əsəbiləşdi

“Özünüz də şahidisiniz ki, siyasətdən xəbəri olan da, olmayan da bu haqda danışır. Onlar bilmlədirir ki, siyasət onlarlıq deyil, getsinlər oxumalarıyla məşğul olsunlar”

“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev bəzi müğənnilər haqda danışarkən deyib. Ə.Mirəliyev hətta bəzilərinin könlündən deputatlıq keçdiyini də bildirib:

“Gülüstün Əliyevanın səsləndirdiyi fikirləri iyirmi ildir ki, deyirəm. İndi guya o, yenilik edib. Əlbəttə, müğənni öz sənətiylə sevilməlidir. Haçan Şövkət xanım və ya Gülağa deyib ki, kimimsə rəhmətə gedib. Belə şeylər olmayıb. Ümumiyyətlə, ailə məsələlərinin bizim sənətimizə aidiyyatı olmayıb. Bu gün çoxları özlərini ailələriylə reklam edirlər. Müğənni çılpaq geyimiylə, onu saxlayanla yox, ifasıyla gündəmə gəlməlidir. Kimisə “Həci” saxlayırsa və iki uşağı varsa, bu, insanlara maraqlı deyil. Biz belə etməklə gənclərin baxışlarını pozuruq.

Müğənni ancaq müğənni olmalıdır, bunlardan deputat olar? M.Maqomayevi o vaxt Heydər Əliyev deputat seçmişdi, amma o, dedi ki, bu işi bacara bilmərəm. Amma bizim bu günki müğənnilər görün nə qədər darsavadlıdırlar ki, müğənni kimi bir şey əldə edə bilməyib, indi də deputat seçilib gündəmdə qalmaq istəyirlər. Guya bunlar Milli Məclisdə insanlara xeyir gətirəcək. Adama deyərlər, sən müğənni olub insanlara nə xeyir gətirmisən ki, indi də deputat kimi xeyir verəsən? Hər insanın öz peşəsi var.

Bunlar mahnının sözlərini düzgün bilmir, amma fəxri adlar, təqaüdlər almaq istəyirlər. Bu çıxış yolu deyil, hərə öz işiylə məşğul olmalıdır, öz işləriylə məşğul olmayanda, sonda da gəlib belə anarxiya olur. Özünüz sə şahidisiniz ki, siyasətdən xəbəri olan da, olmayan da bu haqda danışır. Onlar bilməlidir ki, siyasət onlarlıq deyil, getsinlər oxumalarıyla məşğul olsunlar. Mənə desələr ki, səni deputat seçirik, fikirləşmədən deyərəm ki, yox. Amma hansı ki, buna ehtiyacım var, xəstə adamam, dərman almağa pulum yoxdur. Lakin bunlar görün nə qədər çaşıblar, həyasızlaşıblar ki, oxuya bilmirlər, amma fəxri ad alırlar. Onlardan soruşmaq lazımdır ki, hansı əmək fəaliyyətinə görə bunlara fəxri ad veriblər. Bunlar gülməli və faciəvidir. Əvvəllər bu adı almaq üçün bizə on yerdən təqdimat verilməli idi. İndi kimsə bir adamın xoşuna gəlirsə, ona fəxri ad verirlər”.

Qeyd edək ki, Əməkdar artist Gülüstan Əliyeva “Həci” mövzusu və qohumlarının vəfatıyla gündəmə gələn ifaçıları qınayıb.

Mənbə: yenisabah.az