“Mənim də sevgiyə ehtiyacım var” - Aygün Kazımova

Xalq artisti Aygün Kazımova bir neçə gündür anons etdiyi yeni klipini pərəstişkarlarının ixtiyarına verib.

101.az-ın məlumatına görə, “Ehtiyacım var” adlı mahnının ekran həlli rejissor Elman Bayramova həvalə edilib.

Mahnının sözləri İsmayıl Əsədov və Saleh Səbata, musiqisi də İ.Əsədova aiddir.

Amerikada lentə alınan ekran işi artıq Kazımovanın “Youtube” kanalında yerləşdirilib.

Maraqlısı isə odur ku, Aygünün tərəf müqabili modelyer Rüfət İsmayıldır.

 

101.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ – Bu tarixdən…

SONRAKI XƏBƏR

POS-terminalların sayı zəif artır