Aygün Kazımovanın yeni mahnısı plagiat çıxdı - VİDEO

Aygün Kazımovanın yeni mahnısı plagiat çıxdı - VİDEO

Xalq artisti Aygün Kazımovanın Nyu-York şəhərində “Ehtiyacım var” mahnısına çəkdirdiyi klip ətrafında qalmaqal yaranıb.

Oxu.Az xəbər verir ki, sözügedən bəstənin gənc ifaçı Xəyalın səsləndirdiyi “Ürəyimi yarma” mahnısının plagiatı olduğu üzə çıxıb.

“Ehtiyacım var” və “Ürəyimi yarma” bəstələrinin sözləri və musiqisi İsmayıl Əsədova məxsus olduğundan bu məqam daha çox gözə çarpıb. Mahnının musiqisi ilə yanaşı, aranjimanında da oxşarlıq olması dinləyicilərin diqqətindən qaçmayıb.

Aygün Kazımovanın plagiat mahnı oxuması isə izləyicilər tərəfindən narazılıqda qarşılanıb.

Qeyd edək ki, Aygün Kazımovanın bənzər hadisə ilə qarşılaşması ilk dəfə deyil. Belə ki, ötən il onun “Hardasan” adlı bəstəsi ətrafında çaxnaşma yaranmışdı. Sözügedən bəstənin müəllifi İsmayıl Əsədov mahnını öncə müğənni Rəqsanə İsmayılovaya satıb.

Mahnını zamanında oxuyub üzə çıxarmadığı üçün İ.Əsədov bəstəni Aygünə verib. Bu isə hər iki tərəfi çıxılmaz vəziyyətə salıb. Mahnının müəllifi yanan ocağa su səpməyə çalışsa da, Rəqsanə İsmayılova məsələni maqazin proqramlarında daha da qabartmışdı.

Rəşad Əliyev

Mənbə: www.oxu.az