“Vətənpərvərliklə bağlı müsabiqələrin artırılması faydalı olar” – TƏKLİF

“Vətənpərvərliklə bağlı müsabiqələrin artırılması faydalı olar” – TƏKLİF

Artıq 30 ilə yaxındır ki,Qarabağ və ətraf rayonlarımızın erməni işğalı altında qalması prosesi davamedir.

Maraqlıdır, bu 30 ildə insanlarıQarabağa,onun uğrunda mübarizəyə səsləyən yetərincə mahnı ortaya qoyulubmu?

Moderator.az-a açıqlamaverən xalq artisti Mübariz Tağıyev bu sahədə vəziyyətin qənaətbəxş olduğunuvurğualmaqla yanaşı, onu düşündürən məqamları da dilə gətirdi:

“Mənə elə gəlir ki, bu sahədəmahnılar az deyil. Lakin zənnimcə, müsabiqələrin sayı azalıb. Əvvəllər vətənpərvərlikləbağlı müsabiqələr daha çox keçirilirdi. Axır vaxtlar isə bu bir qədər səngiyib.Ortada başa düşülməyən bir durğunluq var. Ola bilsin ki, bu, yeni mövzuların ortayaçıxması, yeni ab-havanın formalaşması ilə bağlıdır. Siyasi müstəvidə dəyeniliklər meydana çıxır. Əslində, vətənprəvərliklə bağlı mahnılar kifayət qədərdir.Lakin bunlar efirlərdə elə də çox səslənmir. Hesab edirəm ki, bu sahəyə dahaçox diqqətin göstəriməsinə ehtiyac var. Vətənpərvərliklə bağlı müsabiqələrinartırılması da zənnimcə, faydalı olardı”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az