İngilis ailəsi qızlarına “cizgi filmi evi” tikmək üçün 5 min fund sterlinq xərclədi - FOTO

İngilis ailəsi qızlarına “cizgi filmi evi” tikmək üçün 5 min fund sterlinq xərclədi - FOTO

Böyük Britaniyada yaşayan ingilis ailə başçısı Richard Thornton qızlarını həqiqətən xoşbəxt etmək üçün onlara “Disney” cizgi filmi üslubunda bir ev almaq istəyib.

Moderator.az xəbər verir ki, lakin bunu tapa bilmədikdə, özü belə bir evi inşa etməyə qərar verib. Üç aya başa gələn evə isə beş min sterlinq pul xərcləyib. R.Thornton deyib ki, qızları 6 yaşlı Fibi və dörd yaşlı Alba belə bir ev arzusunda olduqlarını bildiriblər. Fədakar ata isə qızlarının istəyini nəzərə alaraq belə bir ibrətamiz addım atıb.

Evin dizaynı 1937-ci ildə çəkilən “Qar və yeddi çırtdan” cizgi filmindən götürülüb. Evin birinci mərtəbəsində mətbəxi və qonaq otağı var. İkinci mərtəbədə isə oyuncaqlarla bəzədilmiş oyun otaqları yerləşir.

Vasif Əlihüseyn

Mənbə: moderator.az