Asya: "Nişanlımı qısqanmıram"

Asya: "Nişanlımı qısqanmıram"

Bir neçə gün öncə “hə” mərasimi olan aktrisa Asya Atakişiyeva və nişanlısı aktyor Əmrah Dadaşov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, A.Atakişiyeva Əmrahı qısqanmadığını bildirib: “Onun səsinə vurulmuşam. Mənə ilk görüşdə dedi ki, səninlə evlənəcəm. Ona güvənirəm. Səhnədə, sənətdə texnika var. Başqa aktrisa ilə öpüşsə, qısqanmaram. Onun nəinki sosial şəbəkələrinə, heç telefonuna belə baxmıram”.

Ə.Dadaşov isə Asya ilə tanışlıq prosesindən söz açıb: “Bizim teatrın yanında qalırlar. Evdən işə, işdən də evə gəlir. Bir-birimizi illərdir tanıyırdıq. Yaxın münasibət isə bir ildən çoxdur olub. Zaur adlı ortaq dostumuz var. Ona demişdim ki, bizi görüşdür. Neçə vaxtdır ki, Asyadan xoşum gəlir. Hər şey sürətli baş verməyib. Sonra Zaur oldu yalan, biz isə gerçək”.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur.

Mənbə: sia.az