Bredd Pitt yeni eşq yaşayır - FOTO

Bredd Pitt yeni eşq yaşayır - FOTO

Dünya şöhrətli 55 yaşlı Hollivud aktyoru Bred Pittin “Yavaş inkişaf” serialı ilə tanınan aktrisa Alia Şokatla eşq yaşadığı barədə şaiyələr yayılıb.

Aktyorların nümayəndələri hələ onların münasibətlərini şərh etməyiblər. Amma Pittin pərəstişkarlarına rəsmi açıqlama vermək gərək də deyil. Çünki cütlüyün həftə sonu Los-Ancelesdəki sənət sərgisində, daha sonra restoranların birində səmimi görüntüləri internetə sızıb.

Sentyabr ayında Bred və Alia eyni maşında “A Play Is Poem” pyesinin premyerasına qatılıblar. 55 yaşlı Pitt və 30 yaşlı Şokat arasındakı münasibətin nə dərəcədə ciddi oluduğunu müəyyənləşdirmək paparatsilərin üzərinə düşür. Bundan sonra paparatsilərin cütlüyü qarabaqara izləyib, aralarında eşq romanının yaşadığını sübuta yetirmək üçün işlərində daha diqqətli olmaları şərtdir.

Qeyd edək ki, Coli Pittlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub. Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı. Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.

Rəşad Əliyev

Mənbə: www.oxu.az