Rusiyanın ən varlı blogeri – İldə 2,5 milyon manat qazanır

Rusiyanın ən varlı blogeri – İldə 2,5 milyon manat qazanır

Blogerlər öz səhifələrində tanınmış brend geyimlər, avtomobillər, kosmetika və uşaq geyimlərini reklam edirlər.

 “Forbes” jurnalı “Instagram”dan pul qazanan ən varlı rusiyalı blogerlərin adını açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, reytinqə Kseniya Sobçak başçılıq edir. O, öz səhifəsinə görə ildə 100 milyon rubl (2 milyon 660 min manat) qazanır. Reytinqin sonrakı pillələrində 55 milyon rubl (1 milyon 455 min manat) Regina Todorenko və Olqa Buzova yer alıb.

Blogerlər öz səhifələrində tanınmış brend geyimlər, avtomobillər, kosmetika və uşaq geyimlərini reklam edirlər.

Siyahıda 15 ulduz yer alıb. Onlar arasını cəmi iki kişi bloger var. Bunlar avtobloger Alan Yenileyev və döyüşçü Həbib Nurməhəmmədovdur. Sonuncunun Instagram səhifəsi ildə 35 milyon rubl (932 min manat) qazanc gətirir.

Mənbə: sputnik.az