"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

BiG.AZ tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?

Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətdə çəkinmədən adını çəkərək fəxrlə deyirəm ki, bu insan mənə kömək etdi, cibimə pul qoydu. İdman sahəsinə ilk olaraq, "Olimpik star"da başladım. Həm məkan məni tanıtdı, həm də mən məkanı tanıtdım. İlk dəfə aparıcılar Vüsalə Əlizadə ilə Azərin verlişində tamaşaçıları qarşısına çıxdım. İşlədiyim məkan həmin verilişin sponsoru idi. Mən də fitness zalda məşqçi kimi fəaliyyət göstərirdim. Efirə verilməli çox şey olduğu üçün cəmi 3-5 saniyəlik kardrda məni verirdilər. Uşaq kimi elə sevinirdim ki, rayondakı bütün qohumlara zəng edib deyirdim ki, mənə baxsınlar. Hamı da mənə uğurlar arzu edirdi. Əslində orda sadəcə bir-iki kadırda olurdum. (gülür). İlk dəfə, aparıcı Samir Bayramlı ilə tanış olduq. Oturduq, söhbətləşdik. Onun da həmin vaxtlar "Bizdən sizə" verilişi var idi. Məşhurları gətirirdi, həmin zalda məşq elətdirirdi, maraqlı süjet yayımlanırdı. Daha sonra isə, "Səhər" verilişinin aparıcısı Anarla tanış oldum. O da səhər-səhər məni çəkib efirə verirdi. Belə-belə Kamil Zeynallı tanınmağa başladı. Tanınmağımda başlıca rolu isə Toppuş bacının, əməkdar artist Tünzalə Əliyevanın böyük rolu olub. Gəldi mənim yanıma arıqlamağa. 1 aya pəhrizlə yanaşı 67 kilo çəki atmışdı. 173 kilodan 106 kiloya düşmüşdü. Hər zaman da efirdə mənim adımı və dietoloqunun adını qeyd edirdi. Efirə dəvətlərim artmağa başlamışdı.

Adınız həmişə qalmaqallarda hallanır. Hər açıqlamanız səs-küy yaradır. Bu nədən irəli gəlir?

Deyirlər ki, pozğunluq artır, üzr istəyirəm, fahişəlik artır. Bilirsiz, bunun 80%-i o sosial şəbəkədə ona-buna söyüş yazmağa başı qarışan adamların ailəsidir. Onlar o diqqəti öz ailəsinə yönəltsə, bunun qarşısı alınar. Bu qədər adamları söyürəm, bir dənəsi çıxıb üzbəüz gəlmir. Əsl qeyrətli kişi kiməsə söyüş yazmaz. Mənim də çox adamdan xoşum gəlmir, bu o demək deyil ki, təhqir etməliyəm, söyüş yazmalıyam. Nə eləmişəmsə yaxşı eləmişəm, əcəb eləmişəm. Bu sözlərim bəzi insanları qıcıqlandırır deyə, yenə də deyirəm əcəb eləmişəm. Allah can sağlığı versin, yenə eləyəcəm.

Həyat yoldaşınız kifayət qədər məhşurdur və tanınır. Lakin siz həmişə ailənizi mediadan uzaq tutmağa çalışmısınız. Məsələn, instaqram səhifənizdə birlikdə şəkliniz yoxdur. Səbəb nədir?

Ailəmin şəklini paylaşmağı sevmirəm. Ümumiyyətlə, mən belə şeyləri xoşlamıram. Mənim xarakterimdən uzaq bir şeydir. Lazım olanda bir neçə dəfə paylaşmışam. O da qızımız məktəbə gedəndə idi. Paylaşdım və yazdım ki, hamıdan üzr istəyirəm. Ailəmin şəklini paylaşdığım üçün. Bu gündən hamıya qismət olsun. Allah hər kəsin balasını saxlasın. Tez-tez paylaşmağa nə ehtiyac var ki? Onsuzda hamı Gülay xanımı tanıyır. Bizim ailəli olduğumuzu da bilirlər.

Tez-tez boşanmağınızla bağlı xəbərlər yayılır. Bunu kim və niyə edir?

Məni gözü götürməyən, paxıllığımı çəkən çoxdur. Haqqımda çox dedi-qodu edirlər. Bilmirəm niyə məni qarabaqara izləyirlər və gözdən salmaq istəyirlər.Amma onların haqqımda mənfi fikir deməsi mənim üçün önəmli deyil. Bu xəbərlərin çıxmasını da ancaq gözügötürməməzlik kimi dəyərləndirirəm. Haqqımda nə gəldi danışırlar. Kamil göylə gedir, Kamil özündən razıdır. Mən göylə getmirəm. Mən Allahla gedirəm. Mən həbsə düşəndə o qədər insan sevindi ki, elə bil erməniyəm. Çıxandan sonra şərhləri oxuyurdum dəhşətə gəlirdim. Mən heç vaxt istəmərəm kiminsə başına pis bir hadisə gəlsin. Lap düşmənim də olsa. Mənim tutulmağımın kimə faydası var ? Niyə sevinirlər? Mən də bir ananın övladıyam. Anam məni əziyyətlə böyüdüb. Mən yenə eyni Kamiləm. Həmişə kasıbın və yaxşı insanların yanındayam.

Çoxları sizi sərt və aqressiv biri kimi tanıyır. Bu haqda nə deyə bilərsiniz?

Dərindən düşünəndə, Kamilin ünvanına deyilən bəzi təhqirləri özünə hörmət edən heç kim qəbul etməz. Axı, sənin ailəni, valideynlərini kim təhqir etsə, sən də aqressivləşərsəndə. Sadəcə mən gündəmdə olduğum üçün atdığım hər addım, dediyim hər söz şişirdilir. Əslində normal hər insan mənim əsəbləşdiyim məsələlərə aqressiv yanaşar. Kamil söyüş söyəndə elə reaksiya verirlər ki, sanki bunlar heç vaxt söyüş və təhqir eşitməyiblər. Elə bil mələk olub qanadla göydən yerə eniblər. Mənim durduğum yerdə heç kimlə işim olmaz. İnsan nə qədər anormal olar ki, onunla işi olmayan birini söysün? Yəni mən o qədər düşüncəsizəm? İndiyə kimi heç bir hərəkətimə görə peşman olmamışam. Əksinə deyirəm ki, az etmişəm, gərək çox söyərdim.

İnstaqramda reklam postunu neçiyə paylaşırsınız?

1000, 2000,3000...baxırda. Özüm çəkildiyim reklam postları üçün 2000-3000 olur. Həm də baxıram ki, məkanın gəliri necədir? İmkanı nəyə çatır? Səviyyəsi nədir? Ona uyğun qiymət deyirəm.

Sizə həm də pis günün dostu deyə bilərik? Çünki, dəfələrlə dostlarınıza görə problem yaşamısınız və hətta həbs həyatı da yaşamısınız

Əlbəttə, dost dar gündə tanınar. Mən onların hər vəziyyətlərində yanlarındayam. Ola bilər xoş günlərində iştirak edə bilmiyim. Amma nəsə problemli vəziyyət olduqda mütləq gedirəm. Baxmıram ki, kasıbdır ya varlıdır. Əsas odur kişidir. O qədər olur ki, gedib oturub yeyirik-içirik nə olsun ki? İnsanlar dar gündə tanınır. Üzümə gülüb dalımca danışanlar o qədər çoxdur ki, bildiyim anda özümdən uzaqlaşdırmışam. Özlərini qızların yanında yaxşı göstərmək üçün “Kamil kimdir ki, çox yaxşı tanıyıram, o elədir, o belədir” deyirlər.

Həbsdə olduğunuz müddət sizə nələri öyrətdi?

Həbs həyatı bir məktəbdir. Adam çox şey öyrənir. Orada olanda müşahidə etmə qabilliyətin də artır. Adam deyir ki, çöldə yatım amma azadlıqda olum. Azadlığının qədrini daha çox bilirsən. 10 gün həbsdə oldum. 10 gün nədir ki? Elə bil istirahətdə idim.

Mənim ətrafımda dostlarım çoxdur. Həbsxanada olarkən tanıdığım insanlar var ki, hələ də münasibətimiz var. Dostluğumuz davam edir.

Bir zamanlar aparıcılıq da edirdiniz. Yenə etmək istərdinizmi?

Düşünürdüm ki, xanımlara aid çox verilişlər var, bəs bu kişiləri kimsə fikirləşməlidi ya yox (gülür). Mən də “Kişi klubu” adlı verilişlə ekrana çıxmaq istədim. Burda kişiləri maraqlandıracaq nüanslara toxunulurdu. Azərbaycan televiziyasında belə proqram heç olmamışdı. Ona görə də baxılırdı. Çoxları üçün faydalı oldu. 2 il o proqrama aparıcılıq etdim. İndi də tez-tez efirlərdə oluram.

Mən sizə zəng edib müsahibə almaq istədiyimi bildirəndə sizin mənə verdiyiniz ilk sual “mövzu nədir? Homoseksuallar haqqında sual olacaqsa, istəmirəm” dediniz. Bu barədə açıqlamalardan sonra sizə geylər tərəfindən təhditlər gəlib?

Heç kimin başı üçün deyil ki, məni təhdid edə. Nə demişəm, nə açıqlama vermişəmsə əcəb etmişəm. Yenə olsa yenə edərəm. Yalan heç nə deməmişəm. Bunların sayı hər gün artır. Onlar kişilikdən danışa bilməzlər. Bir söz var “kişilər 41-45-də qaldı”. Bax bu ifadə çox doğrudur. Və biz zamanla həmin ifadənin təsdiq olunduğunu görürük. Onları gündəmə gətirən, məşhur edən elə bəzi jurnalist adına ləkə gətirənlərdir. İzləyici sayı toplamaq üçün belə şeyləri gündəm edirlər.Allah qadını və kişini bir-biri üçün yaradıb. Əgər bir kişi qadına yox kişiyə tamah salırsa, ona kişi demək olmaz. Zamanla Azərbaycanda kişilərin sayı azalır.

Qızınızın müğənni oğlanla ailə qurmasına razı olardınız?

Ümumiyyətlə, övladımın gələcəyi ilə bağlı nəsə planlamağı və danışmağı sevmirəm. Bəzən dostlarımızla oturanda hansısa mənə deyir ki, “Kamil, qohum olacağıq” mən buna çox əsəbləşirəm. Az qalıram stolu alım başına çırpım. Onu zaman göstərəcək. Sənətinin nə olmasının önəmi yoxdur. Əsas odur adam olsun, kişi olsun.

İdmaçılardan Anar Heydərovla aranızda nəsə baş verib?

Anarın öz səhvi ucbatından aramızda soyuqluq yaranıb.Qoy, oxusun bu sözlərimi elə sizin vasitənizlə. Anar idmanda bu yerə gəlməyinə görə mənə borcludur. O bunu dana bilməz. Ailəvicə münasibətimiz yaxşı idi, amma indi elə deyil.

Məşhurluğunuza görə peşman olmusunuz? Daha fərqli bir həyatınızın olmasını istərdiniz?

İndi məşhur olmaq da çətindir. Səviyyəli məşhurlar var, bir də səviyyəsizləri var. Belələri olduqca çoxdur. Məşhurluğuma görə arada peşman oluram. Çünki, rahat istədiyin yerə gedib otura bilmirsən. Amma yaxşı tərəfi də odur ki, hamı səni tanıyır, ətrafın genişlənir. Hörmət edənlərin çoxalır.Fərqli bir həyat necə ola bilərdiki? Ya tanınırsan məşhur olursan, ya da adi, sıradan biri. Mən hər işi bacarıram. Əgər idmançı olmasaydım, başqa işlərlə məşğul olardım.

Lamiyə Məmmədova

Mənbə: big.az