Serdar Ortaç qumara necə qurşandığından DANIŞDI

Serdar Ortaç qumara necə qurşandığından DANIŞDI

Məşhur müğənni Serdar Ortaç Kiprdəki konsertində qumara necə qurşandığından danışıb.

BiG.AZ-ın məlumatına görə, müğənni 1997-ci ilə at yarışları ilə qumara başlayıb. Sonra isə rulet və poker oynamağa başlayıb.

“Ansamblımda Fuad adında bir dostum var idi. At yarışlarını öyrətdi. Mən uduzurdum. Sonra isə atlardan pokerə keçdim”, - deyə Ortaç bildirib.

Qeyd edək ki, bu yaxınlarda Serdar Ortaçın qaldığı otelin kazinosunda 120 min dollar uduzduğu barədə xəbər yayılmışdı.

Mənbə: big.az