NBC kanalı tərəfindən yayımlanan "Will&Grace" serialı ilə məşhurlaşan aktrisa Şelli Morrison vəfat edib.
Sonxeber.az-ın məlumatına görə, aktrisanın ölümünə səbəb ürək çatışmazlığı olub.
Məlum olub ki, Şelli 1 seriyada rol almaq üçün dəvət edilsə də, izləyicilərin rəğbətini qazandığı üçün sonradan seriala davam edib. Aktrisa xəstəxanada vəfat edib.
Qeyd edək ki, aktrisa 1999-2006-cı illərdə yayımlanan serialın 69 seriyasında kamera qarşısına keçib.