Burcu keçmiş qayınanasını "sildi"

Burcu keçmiş qayınanasını "sildi"

15 aylıq evlilikdən sonra əri Berk Suyabatmaz ilə yollarını ayıran türkiyəli aparıcı Burcu Esmersoy son hərəkəti ilə diqqətləri üzərinə toplayıb.

Axşam.az xəbər verir ki, sənətçi keçmiş qayınanası Nuray Suyabatmazı İnstaqramda izləmədən çıxarıb. Keçmiş ərini izləməyə davam edən aparıcının bu hərəkəti onların evliliklərinin qayınanası səbəbilə bitməsi fikrini ağıllara gətirib. O, özü isə bununla bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, B.Suyabatmaz boşandıqdan qısa bir müddət sonra aktrisa Berrak Tüzünataç ilə eşq yaşamağa başlayıb. Cütlük hazırda Mayamidə tətildədir.

 

Mənbə: axsam.az