Çalıquşunun Fəridəsindən evlilik açıqlaması

Çalıquşunun Fəridəsindən evlilik açıqlaması

Məşhur aktrisa Aydan Şener qızı dünyaya gəldikdən sonra bir daha evlilik haqqında düşünmədiyini etiraf edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa qızı Ecem Akbinin atası Ayxan Akbinlə 1991-ci ildə ayrılıb. Muxbirlərin ünvanladığı ''Bir də evlənmək istəyərsiz?'' sualına cavab olaraq ''Evlilik haqqında heç vaxt düşünmədim. Azadlığıma çox düşkünəm. Və bir daha ana olmaq barəsində də düşünmədim. Həm bu günə kimi qarşıma məni evliliyə məcbur edən biri də çıxmadı'' bu sözləri dilə gətirib.

Mənbə: news.milli.az